
Goranboy rayonunda sirkə turşusundan zəhərlənən kişi xəstəxanada həyatını itirib.
Realmedia.info xəbər verir ki, 37 yaşlı Rasim Həsənəliyev aprelin 20-də sirkə turşusundan zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Həkimlərin bütün müdaxilələrinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Rasim Həsənəliyev aprelin 23-də müalicə aldığı tibb müəssisəsində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.