
Bakıda diqqətçəkən oğurluq hadisəsi baş verib.
Realmedia.info-nun məlumatına görə, naməlum şəxs mağaza əməkdaşlarının diqqətinin yayınmasından istifadə edərək seyfi ələ keçirib və obyektin arxa qapısından çıxarıb.
Hadisədən sonra Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Maksim Mahmudov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.