
Sabunçu rayonu, Maştağa qəsəbəsində bir evdən 6 300 dollar pul oğurlanıb. Lent.az xəbər verir ki, ev sahibi naməlum şəraitdə vəsaitin itirildiyini polisə bildirib.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 28 yaşlı R.Əlizadə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.