
Bosfor boğazında yoxa çıxan rusiyalı üzgüçü Nikolay Sveçnikovun cəsədi tapılıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, ötən gün Bosfor boğazında aşkar edilən meyitin kimliyi müəyyənləşdirilib və onun itkin düşən rusiyalı idmançı Nikolay Sveçnikova aid olduğu təsdiqlənib.
Məlumata əsasən, hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır. Hadisənin başvermə səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.