
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın sayı yenilənib.
Rəsmi məlumata əsasən, 4004 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3998 nəfəri Birinci Qarabağ müharibəsi zamanı, 6 nəfəri isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşüb.
Qeyd edək ki, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilir.
RealMedia.az