
Fox News telekanalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb ki, ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə yaxınlaşır.
Məlumata görə, adı açıqlanmayan yüksəkvəzifəli ABŞ rəsmisi bildirib ki, ölkə “24 saat əvvələ nisbətən genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına daha yaxındır”. Bu vəziyyət İranın ABŞ gəmilərinə və bölgədəki bəzi hədəflərə hücumları ilə əlaqələndirilir.
Rəsmilər qərarın yekun olaraq ABŞ Prezidenti Donald Tramp tərəfindən veriləcəyini, ordunun isə hazır vəziyyətdə saxlanıldığını qeyd ediblər.
Məlumatda həmçinin regionda gərginliyin əvvəlki mərhələlərinə də toxunulub. Bildirilir ki, İsrael Kats tərəfindən İrana qarşı qabaqlayıcı zərbə açıqlanmış, daha sonra ABŞ-nin də əməliyyatlara qoşulduğu iddia olunmuşdu.
Buna cavab olaraq İranın İsrail istiqamətində raket hücumları həyata keçirdiyi, hava hücumundan müdafiə sistemlərinin işə salındığı qeyd edilir.
İranın ali dini lideri Əli Xamenei ilə bağlı iddialar və regionda raket hücumlarının genişlənməsi fonunda bir sıra ölkələrdə hava məkanının müvəqqəti bağlandığı bildirilir.
Hadisələrin gedişində Hörmüz boğazında da nəqliyyatın çətinləşdiyi vurğulanır.
Rəsmilər proseslərin davam etdiyini və vəziyyətin ABŞ administrasiyasının qərarından asılı olduğunu bildirirlər.