
ABŞ-da Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən qalmaqallı hadisə ilə bağlı UFC prezidenti Dana White açıqlama verib.
Realmedia.info xəbər verir ki, Vaşinqtondakı “Washington Hill” hotelində keçirilən tədbir zamanı zalda atəş səslərinə bənzər səslər eşidilib və vəziyyət dərhal gərginləşib. Hadisə zamanı fəxri qonaq, ABŞ Prezidenti Donald Trump təhlükəsizlik xidmətləri tərəfindən təxliyə edilib.
Məlumata görə, tədbir zamanı insanlar arasında panika yaşanıb, zal boşaldılıb və bir nəfər saxlanılıb. Hadisənin detalları ilə bağlı istintaq aparılır.
Dana White isə hadisəni şərh edərək bildirib ki, zalda qəfil xaos yaranıb, təhlükəsizlik əməkdaşları dərhal müdaxilə edib və “hamının yerə uzanması” barədə çağırışlar edilib. Onun sözlərinə görə, vəziyyət çox gərgin olsa da, xoşbəxtlikdən heç kim xəsarət almayıb.
Hadisənin başvermə səbəbləri və saxlanılan şəxslə bağlı araşdırmalar davam etdirilir.