
ABŞ-ın Florida ştatının Palm Beach şəhərində yerləşən Mar-a-Lago iqamətgahı yaxınlığında təhlükəsizlik insidenti qeydə alınıb.
Realmedia.info xarici KİV-ə istinadən xəbər verir ki, sabiq ABŞ prezidenti Donald Trump-a məxsus obyektin mühafizə olunan ərazisinə daxil olmağa cəhd göstərən silahlı şəxs ABŞ Məxfi Xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Məlumata görə, hadisə gecə saatlarında baş verib. Təhlükəsizlik qüvvələri tərəfindən edilən xəbərdarlığa baxmayaraq, şübhəli şəxs silahı yerə qoymayıb və nəticədə ona atəş açılıb. Şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Rəsmi açıqlamada bildirilir ki, insident zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarət almayıb. Donald Trampın hadisə vaxtı iqamətgahda olmadığı qeyd olunur.
Hazırda faktla bağlı araşdırma aparılır, hadisənin motivləri dəqiqləşdirilir.