
Azərbaycan Respublikasının dövlət sərhədində sərhəd pozuntusuna cəhd qeydə alınıb.
Məlumata görə, qanunsuz şəkildə ölkə ərazisinə keçməyə cəhd göstərən şəxslərlə Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları arasında insident yaşanıb. Hadisə zamanı əraziyə əlavə hüquq-mühafizə qüvvələri cəlb edilib.
Görülmüş operativ tədbirlər nəticəsində sərhədi qanunsuz keçmək istəyən şəxslərin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.