
Yanvarın 18-də Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyinin (DİN) birgə keçirdiyi əməliyyat nəticəsində İran–Azərbaycan sərhədində narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Realmedia xəbər verir ki, hadisə “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb. Əməliyyat zamanı Azərbaycan Respublikasının hava məkanına qanunsuz daxil olan PUA vaxtında aşkar edilərək zərərsizləşdirilib.
Baxış zamanı hadisə yerindən ümumi çəkisi 6 kiloqram 600 qram olan marixuana maddəsi götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
