
“Global Terrorism Index 2026” (GTI) hesabatına əsasən, Azərbaycan terror təhlükəsinə görə dünyanın ən təhlükəsiz ölkələri sırasında yer alıb.
Realmedia.info xəbər verir ki, ötən ilin hesabatında 0.233 indekslə 90-cı yerdə olan Azərbaycan bu il üç pillə yüksələrək 0.123 indekslə 93-cü mövqedə qərarlaşıb. GTI reytinqi 1-dən 100-ə qədər hesablanır və ölkəmiz bu nəticə ilə dünyada terrorla bağlı ən təhlükəsiz dövlətlərdən biri kimi yüksək reytinqə malik olub.