
Şəkidə yağan güclü yağış nəticəsində Cunud kəndində ciddi fəsadlar qeydə alınıb.
Realmedia.info xəbər verir ki, gecə saatlarında yağan intensiv yağışlar kəndin şəhər və ətraf yaşayış məntəqələri ilə əlaqəsini yenidən kəsib.
Məlumata görə, kənd ərazisindən axan çayda suyun səviyyəsinin kəskin artması nəticəsində çay üzərində mövcud olan keçid dağılıb.
Bu səbəbdən kənd sakinlərinin gediş-gəlişində ciddi çətinliklər yaranıb. Eyni zamanda kənddə elektrik enerjisinin verilişində də fasilələrin yarandığı bildirilir.
Hazırda ərazidə vəziyyətin bərpası istiqamətində tədbirlərin görülməsi gözlənilir.