
Mayın 9-da faşizm üzərində tarixi Qələbənin 81-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət ediblər.
Dövlət başçısı və birinci xanım Həzi Aslanovun abidəsi önünə gül dəstələri qoyaraq, İkinci Dünya müharibəsində həlak olmuş bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla yad ediblər.

