
Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi (TRIPP marşrutu) ilə bağlı ABŞ-la aparılan danışıqlar fonunda bu məsələni Rusiya prezidenti Vladimir Putinlə müzakirə etməyə hazır olduğunu açıqlayıb.
O bildirib ki, hazırda ABŞ-la TRIPP yolunun tətbiqi və tikintisi istiqamətində konstruktiv danışıqlar aparılır və bu proses region üçün real və məzmunlu dəyişikliklər vəd edir.
Baş nazir həmçinin vurğulayıb ki, Zəngəzur mövzusu Rusiya ilə ikitərəfli münasibətlərdə də həssas məqamlarla bağlıdır və mövcud şərait bu məsələləri ətraflı müzakirə etmək üçün münasib fürsət yaradır.