
Dövlət İmtahan Mərkəzi ştatları ixtisar olunan dövlət qulluqçularının analoji dövlət qulluğu vəzifələrinə təyin edilmələri ilə bağlı öz fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər görəcək.
Realmedia.info xəbər verir ki, Prezident İlham Əliyev dövlət qulluğu sistemində aparılan islahatlarla bağlı yeni Fərman imzalayıb.
Eyni zamanda, Maliyyə Nazirliyinə “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, yeni yaradılması nəzərdə tutulan qurumların strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasının aparılması və optimallaşdırılması üzrə tədbirlərin görülməsi tapşırılıb.
Qeyd edilib ki, bu addımlar dövlət idarəçiliyində səmərəliliyin artırılmasına xidmət edir.