
Rusiya Federasiyası Ermənistandakı səfiri Sergey Kopırkini məsləhətləşmələr üçün Moskvaya geri çağırıb.
Realmedia.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Rusiyanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sergey Pavloviç Kopırkin Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində atdığı addımlar və bunun Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığa mənfi təsir göstərməsi ilə bağlı məsləhətləşmələr aparmaq üçün Moskvaya çağırılıb.
Məlumatda vurğulanıb ki, Ermənistanın son dövrlərdə Aİ ilə əlaqələri genişləndirmək istiqamətində atdığı addımlar Moskvanın diqqət mərkəzindədir.
Hadisənin Rusiya-Ermənistan münasibətlərinə mümkün təsirləri ilə bağlı əlavə açıqlamaların veriləcəyi gözlənilir.