
İqor Babuşkin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Realmedia.info xəbər verir ki, azertag.az-ın yaydığı məlumata görə, məktubda Azərbaycan Respublikasının milli birliyinin, suverenliyinin və davamlı inkişafının bu bayramda öz əksini tapdığı vurğulanıb.
İqor Babuşkin qeyd edib ki, Müstəqillik Günü dövlətçilik ənənələrinə hörmətin, sabitliyin möhkəmləndirilməsi və rifahın təmin olunması istiqamətində göstərilən səylərin rəmzidir.
Məktubun sonunda Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevaya möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycanın firavanlığı naminə həyata keçirdiyi fəaliyyətində yeni uğurlar arzulayıb.