
Ermənistanda seçkiqabağı gərginlik fonunda “Güclü Ermənistan” alyansının seçki siyahısına rəhbərlik edən Narek Karapetyan barəsində cinayət işi açılıb.
Realmedia.info xəbər verir ki, Ermənistan İstintaq Komitəsi ona qarşı xarici vətəndaşlığı gizlətmək ittihamı irəli sürüb.
Məlumata əsasən, Narek Karapetyan iş adamı Samvel Karapetyanın qardaşı oğludur.
İstintaq Komitəsi iddia edir ki, o, başqa ölkə vətəndaşlığı barədə məlumatı qəsdən gizlədib. Lakin Narek Karapetyan ittihamları rədd edərək yalnız Ermənistan vətəndaşı olduğunu bildirib.
Ermənistan parlamentinin spikeri Alen Simonyan isə onun Rusiya vətəndaşlığına malik olması ilə bağlı paylaşım edib.
Hadisə ölkədə seçki öncəsi siyasi müzakirələri daha da gərginləşdirib.