
Ukrayna baş nazirinin müavini, ərazi və icmaların inkişafı naziri Aleksey Kulebanin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Məlumata görə, səfər mayın 18-dən 20-dək davam edəcək.
Səfərin əsas məqsədi Ukraynanın Azərbaycanda keçiriləcək XIII Ümumdünya Şəhərsalma Forumunda təmsil olunmasıdır.
Qeyd edək ki, forum çərçivəsində şəhərsalma, dayanıqlı inkişaf, urbanizasiya və müasir infrastruktur sahələrində beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Səfər zamanı nümayəndə heyətinin bir sıra rəsmi görüşlər keçirməsi də gözlənilir.