
Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Süheyl Əl-Məzrui WUF13 çərçivəsində keçiriləcək tədbirlərdə ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək.
Realmedia.info xəbər verir ki, forum çərçivəsində şəhərsalma, dayanıqlı inkişaf, enerji təhlükəsizliyi və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Qeyd edək ki, WUF13 dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələrini, ekspertləri və beynəlxalq təşkilatları bir araya gətirən mühüm platformalardan biri hesab olunur.