
Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Dəməşq qubernatoru Maher Edlibi ilə görüş keçirib.
Görüş zamanı Azərbaycan ilə Suriya arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, regional əlaqələr və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bildirilib ki, görüş Suriya Ərəb Respublikası nümayəndə heyətinin Azərbaycana planlaşdırılan səfəri öncəsi baş tutub. Nümayəndə heyətinin Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu 13-cü sessiyasında iştirak edəcəyi qeyd olunub.
Tərəflər şəhərsalma, infrastruktur və beynəlxalq əməkdaşlıq istiqamətində əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Məlumat Azərbaycanın Suriyadakı səfirliyinin rəsmi “X” hesabında paylaşılıb.