
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşa şəhərindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə birgə fotosunu sosial şəbəkə hesabında paylaşıb.
Realmedia.info xəbər verir ki, paylaşım onun “X” platformasındakı rəsmi hesabında yerləşdirilib.
Hikmət Hacıyev paylaşımına belə qeyd əlavə edib:
“Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşada. Arxa planda – Şuşa Məscidi, hazırda hələ də tikilir”.