
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə aviaşirkətlərinin Gümrü şəhəri istiqamətində uçuşlara başlaya biləcəyini istisna etməyib.
O bildirib ki, “Turkish Airlines” artıq mart ayından İstanbul–İrəvan marşrutu üzrə reysləri bərpa edib və yaxın vaxtlarda Gümrü istiqamətində də uçuşların həyata keçirilməsi mümkündür.
Paşinyanın sözlərinə görə, əsas müzakirə mövzusu sərhədlərin açılıb-açılmaması deyil, bunun nə vaxt baş verəcəyidir.