
Realmedia.info xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Pasxa bayramı münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda xristian dünyasının mühüm dini bayramlarından biri olan Pasxa münasibətilə təbrik mesajı yer alıb.
Birinci vitse-prezidentin paylaşımında sülh, həmrəylik və qarşılıqlı hörmət kimi dəyərlərin önəmi vurğulanıb, ölkədə mövcud olan multikultural mühitə diqqət çəkilib.
Qeyd edək ki, Azərbaycanda müxtəlif dini icmaların nümayəndələri ənənəvi olaraq Pasxa bayramını qeyd edirlər.