
Azərbaycanda aprelin 12-nə keçən gecə Bakıda və bölgələrdə yerləşən pravoslav məbədlərində Pasxa ibadətləri həyata keçirilib.
Realmedia.info xəbər verir ki, İsa Məsihin dirilməsi – Pasxa xristian aləmində ən mühüm bayramlardan biri hesab olunur.
Bayram ərəfəsində İlham Əliyev pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb. Dövlət başçısı məktubunda ölkədə bütün dini icmalar üçün bərabər şəraitin yaradıldığını, mədəni və dini müxtəlifliyin qorunduğunu vurğulayıb.
Məktubda qeyd olunub ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri ictimai-siyasi və mədəni həyatda fəal iştirak edir və ölkənin inkişafına töhfə verirlər.
Gecəyarısı Bakı və digər şəhərlərdə pravoslav kilsələrində Pasxa ibadətləri keçirilib və mərasimlərdən fotoreportajlar təqdim olunub.






