
Donald Trump İranla İslamabadda keçirilən danışıqların intensiv keçdiyini bildirib.
Realmedia.info xəbər verir ki, ABŞ lideri görüşlərin saatlarla davam etdiyini və proses barədə mütəmadi məlumat aldığını qeyd edib.
O, danışıqların nəticəsi ilə bağlı konkret proqnoz verməyib və mümkün razılaşmanın ABŞ üçün həlledici olmadığını vurğulayıb.
Tramp jurnalistlərə açıqlamasında deyib:
“Baxarıq nə baş verəcək. Ola bilər razılaşma əldə olunsun, ola bilər yox. Bunun fərqi yoxdur. Əsas odur ki, biz qalib gəlirik."