
Qəbul zamanı Mustafa Çiftçi göstərilən diqqətə görə minnətdarlığını bildirərək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə təşəkkürünü ifadə edib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında münasibətlərin qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslandığı vurğulanıb. Qeyd olunub ki, iki ölkə arasında əlaqələr bütün istiqamətlər üzrə uğurla inkişaf edir.
Eyni zamanda, hər iki dövlətin müvafiq qurumları arasında səmərəli əməkdaşlığın mövcud olduğu bildirilib. Bu çərçivədə Azərbaycan və Türkiyənin Daxili İşlər nazirlikləri arasında da uğurlu tərəfdaşlığın həyata keçirildiyi xüsusi vurğulanıb.


