
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüş keçirib.
Bu barədə məlumat Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən sosial şəbəkə hesabında paylaşılıb.
Qeyd edək ki, Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfər çərçivəsində regional təhlükəsizlik və sabitlik məsələlərinə həsr olunmuş məşvərətçi iclasda iştirak edəcək. Səfər zamanı nazirin bir sıra ölkələrin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.