
ABŞ administrasiyası həftəsonu İrana mümkün hərbi zərbə endirmək variantını müzakirə edir. Lakin məsələ ilə bağlı yekun qərarın hələ verilmədiyi bildirilir.
"Realmedia.info" xəbər verir ki, bu barədə "CBS News" mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, milli təhlükəsizlik aparatının əməkdaşları ABŞ Prezidenti Donald Trampa bildiriblər ki, ordu şənbə günü İrana mümkün zərbələrə hazırdır. Bununla belə, hər hansı bir hərəkətin vaxtının dəyişə biləcəyi qeyd olunur.
"CBS News" vurğulayıb ki, hazırda yekun qərar qəbul edilməyib. Ağ Ev isə potensial hücumun eskalasiya risklərini, eləcə də siyasi və hərbi nəticələrini qiymətləndirir.