
ABŞ-ın İrana hərbi zərbə endirəcəyi ilə bağlı şayiələr fonunda Tehranın hökumət təyyarəsi Rusiyanın Moskva şəhərindəki Vnukovo Hava Limanına eniş edib.
“Realmedia.info”nun məlumatına görə, bu barədə Rusiyanın “Mash” teleqram kanalı xəbər yayıb. Məlumata görə, təyyarədə İran Prezidenti Məsud Pezeşkianın ola biləcəyi ehtimalı var.
Eyni zamanda kanal, monitorinq məlumatlarına istinadla, Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında iştirak etmiş təyyarələrin Yaxın Şərqə doğru hərəkət etdiyini iddia edib.
Xatırladaq ki, daha əvvəl mətbuatda ABŞ-ın İranda etirazçıların ölümünə görə məsuliyyət daşıdığını düşündüyü rəsmilərə və hərbi komandirlərə dəqiq zərbələr endirmək imkanını nəzərdən keçirdiyi barədə xəbərlər yayılmışdı. Məqsədin İranda əhalini etirazlara və dövlət binalarının ələ keçirilməsinə təhrik etmək olduğu bildirilir.