
Bəzi çörək növlərinin qiymətində artım müşahidə olunur. Əsas bahalaşma “baton” çörəklərində qeydə alınıb. Belə ki, əvvəllər 1 manata satılan doğranmış “baton” çörəkləri hazırda 1 manat 10 qəpiyə təklif olunur. Qiymət artımı supermarketlərdə istehsal olunan çörək növlərində də özünü göstərir. Beləliklə, “zavod çörəyi” istisna olmaqla, digər çörək növlərində bahalaşma davam edir.