
Bakıdan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb. Məlumata görə, daşınma əvvəlcədən razılaşdırılmış qrafik əsasında həyata keçirilib.
Bildirilir ki, göndərilən neft məhsulları əsasən texniki və sənaye təyinatlıdır. Daşınma prosesi regional nəqliyyat marşrutları vasitəsilə reallaşdırılıb və təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, son dövrlər tərəflər arasında bu istiqamətdə ticarət dövriyyəsində müəyyən aktivlik müşahidə olunur. Məsələ ilə bağlı rəsmi qurumlar hələlik əlavə açıqlama verməyiblər.