
Qarabağ FKın əsas heyətindən intizamsız davranışlarına görə uzaqlaşdırılan Elvin Cəfərquliyevə bir neçə klubdan təklif olduğu bildirilir.
Məlumata görə, Macarıstanın Ferencvárosi TC klubu müdafiəçini heyətinə qatmaq üçün “Qarabağ”a bir neçə dəfə rəsmi təklif göndərib. Ağdam təmsilçisi isə futbolçunun transferi üçün 1,5 milyon avro tələb edib.
Bununla yanaşı, Türkiyənin Amed SK komandası da Azərbaycan millisinin üzvü ilə maraqlanıb. Superliqaya vəsiqə qazanan klubun transfer məbləğini ödəməyə hazır olduğu qeyd olunur. Lakin Elvin Cəfərquliyevin xarici klublardan illik 1 milyon avro maaş istədiyi bildirilir. Futbolçunun meneceri vasitəsilə hər iki kluba bu şərtlərlə razılıq verəcəyi çatdırılıb.
Eyni zamanda, Neftçi PFK də futbolçunu transfer etmək istəyib. Ancaq “Qarabağ”ın Bakı klubundan xarici komandalardan daha yüksək məbləğ tələb etməsi səbəbindən tərəflər arasında razılıq əldə olunmayıb və keçid baş tutmayıb.