
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kəndində yerləşən su elektrik stansiyasının gölündə suyun tam buraxılması nəticəsində qaz xəttinə ziyan dəyib.
Hadisə nəticəsində Ordubad rayonunun Gilançay, Biləv, Bəhrud, Parağa, Parağaçay, Tivi, Nəsirvaz, Bist, Ələhi, Xurs və Nürgüt kəndlərinə təbii qazın verilişi müvəqqəti olaraq dayandırılıb.
Məlumata görə, qəzanın nəticələrinin aradan qaldırılması və qaz təchizatının bərpası istiqamətində aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Realmedia.info