
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb və yanğının yaxınlıqdakı yaşayış evinə, eləcə də digər obyektlərə keçməsinin qarşısı alınıb.
İlkin məlumata görə, hadisə nəticəsində köməkçi tikili tamamilə yanıb. Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
📹 Hadisənin anbaan görüntüləri sosial şəbəkələrdə yayılıb.