
"Sədərək" Ticarət Mərkəzində bıçaqlanma hadisəsi qeydə alınıb.
Realmedia.info xəbər verir ki, hadisə Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində baş verib.
Məlumata görə, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Vüqar Şikar oğlu Xudaverdiyev paytaxt sakini, 1979-cu il təvəllüdlü Faiq Arif oğlu Abbasovla mübahisə edib.
İlkin məlumata əsasən, Vüqar Xudaverdiyev mübahisə zamanı Faiq Abbasova bıçaqla xəsarət yetirib. Zərərçəkənin qarın nahiyəsindən bıçaq yarası aldığı bildirilir.
Hadisə ilə bağlı V.Xudaverdiyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bıçaqlanan Faiq Abbasov sahibkardır və bir neçə geyim mağazasının sahibidir.