
Realmedia.info xəbər verir ki, Sumqayıt şəhərində bir kişinin həyətdə oynayan uşaqlara bıçaqla hücum etdiyi bildirilir.
Şəhər sakini sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, yaşadığı 41-ci məhəllədə yaşayan Şahhuseyn Qəmbərov uşaqlara bıçaqla hücum edir. Hətta 2024-cü ildə qonşunun azyaşlı uşağına da bıçaqla xəsarət yetirib.
Paylaşımı edən şəxs bildirib ki, Ş.Qəmbərov tək yaşayır. Məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görəcəyi gözlənilir.