
Bakıda yerləşən 233 saylı orta məktəbdə şagirdlər arasında baş verən insident zamanı qız şagird bıçaq xəsarəti alıb.
Realmedia.info “Teleqraf”a istinadən məlumatına görə, hadisə mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən məktəbin ərazisində qeydə alınıb.
Məlumata əsasən, tənəffüs vaxtı 5 “q” sinif şagirdi İxtiyar Namazov (ad-soyad şərtidir) məktəbin dəhlizində D.Əliyevin üzərinə bıçaqla hücum edib. Bu zaman D.Əliyevin bacısı Y.Əliyeva qardaşını qorumaq məqsədilə onun qarşısına keçib.
Nəticədə Y.Əliyeva əl nahiyəsindən bıçaq xəsarəti alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.