
Hadisə aprelin 9-da saat 16:00 radələrində paytaxtın Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən E.Mirzəyev adına 6 nömrəli Respublika xüsusi internat məktəbində qeydə alınıb.
Məlumata görə, üçüncü sinif şagirdi Tural Ağayev (ad-soyad şərtidir) dərs zamanı idman zalında yıxılıb. Nəticədə şagird ağız nahiyəsindən xəsarət alıb və qolunun sındığı bildirilir.
İddialara əsasən, hadisədən sonra məktəb rəhbərliyi tərəfindən şagirdin xəstəxanaya aparılmadığı, əvəzində ev şəraitində həkim çağırılaraq ilkin tibbi yardım göstərilməsi tapşırılıb. Qəsəbədən dəvət olunan Muxtar adlı həkim tərəfindən yaraya tikişlər atıldığı qeyd olunur.
Məsələ ilə bağlı məktəbin direktoru Dilarə Novruzova faktı təsdiqləsə də, əlavə açıqlama verməyib.
Hadisə ilə bağlı araşdırmaların aparılıb-aparılmadığı hələlik məlum deyil.
Realmedia.info