
Azəriqaz İstehsalat Birliyi-nin İT və Rəqəmsallaşma departamentinin rəisi Zabil İbayev vəfat edib.
Məlumata görə, 39 yaşında dünyasını dəyişən Zabil İbayev uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, mərhumun atası Vəfaddin İbayev hazırda Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır. O, həmçinin Azərbaycan Ali Məhkəməsinin sabiq hakimi olub.
Zabil İbayevin ölümü ilə bağlı yaxınları və iş yoldaşları dərin hüznlə başsağlığı veriblər.