Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, "AzərTAc" İnformasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini, Əməkdar jurnalist, Prezidentin fərdi təqaüdçüsü Dağbəyi Mirzəxan oğlu İsmayılovun bacısı, uzun müddət "Azərbaycan" nəşriyyatında çalışmış Şamama xanım vəfat edib.
Mən, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin İdarə Heyətinin üzvləri adından dəyərli Dağbəyi İsmayılova və məhumənin digər doğmalarına dərin hüznlə başsağlığı verirəm.
Xatırladıram ki, mərhumə Şamama xanımın 3-7 mərasimi martın 24-ü Bakıdakı İmaməli məscidində təşkil olunacaq.
Allah rəhmət eləsin.Amin.
Hörmətlə,
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, jurnalist.
Bakı şəhəri, 23.03.2024.