
Biləsuvar rayonunun Nəsimikənd kəndində qadın meyiti tapılıb.
Realmedia.info-nun məlumatına görə, kənd sakini, 1985-ci il təvəllüdlü Xalidə Ağabəy qızı Rüstəmovanın meyiti yaşadığı evin həyətindəki tikilidə aşkarlanıb.
X.Rüstəmova iki uşaq anası olub. Hadisə ilə bağlı araşdırmalar davam edir.