
Bakı, Biləcəri qəsəbəsində dəhşətli hadisə baş verib. 55 yaşlı kişi və 48 yaşlı həyat yoldaşı bıçaq xəsarətləri alıblar.
Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsi müəyyən edib. Məlum olub ki, xəsarət alan şəxslərin 18 yaşlı oğlu Caməd Hüseynzadə onları bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlanıb, hadisənin səbəbləri araşdırılır.