
Tovuz rayonunun Dönük Qırıqlı kəndində qadına keçmiş həyat yoldaşı tərəfindən kəcisi alətlə xəsarət yetirilib.
Realmedia.info APA-ya istinadən xəbər verir ki, xəsarət alan şəxs kənddəki Körpələr evinin müdiri, 1982-ci il təvəllüdlü Ş.Abdullayeva olub. İlkin məlumata görə, hadisəni keçmiş həyat yoldaşı törədib.
Qadına dərhal tibbi yardım göstərilib, onun vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.