
Bakının Suraxanı rayonu ərazisində baş verən qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb.
Bildirilib ki, martın 20-də rayon ərazisində 1990-cı il təvəllüdlü müəllimə Pərvanə Abbasovanın aldığı xəsarətlərdən ölməsi barədə prokurorluğa məlumat daxil olub.
Aparılan ilkin araşdırmalar zamanı 1983-cü il təvəllüdlü Vasif Abbasovun həyat yoldaşı Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vasif Abbasov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Hazırda fakt üzrə ibtidai istintaq davam etdirilir.