
Kürdəmirdə magistral su xəttində baş verən qəza nəticəsində 6 kənd susuz qalıb.
Hadisə borunun partlaması nəticəsində qeydə alınıb. Qəza yerinə aidiyyəti qurumun canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub. Hazırda problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Borunun partlaması ətraf ərazilərə də təsirsiz ötüşməyib. Belə ki, yaxınlıqdakı həyətyanı sahələrdə subasmalar baş verib. Nəticədə sakinlərə ciddi maddi ziyan dəyib.