
Sumqayıt şəhərinin 7, 8 və 12-ci məhəllələrinin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verib. Hadisə nəticəsində 8-i uşaq olmaqla, ümumilikdə 10 nəfər xəsarət alıb.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, xəsarət alanlardan ikisinin müalicəsi Uşaq Xəstəxanasında davam etdirilir. Onlardan biri – 2013-cü il təvəllüdlü qadın – dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu ilə qeyd olunur və vəziyyəti orta ağır qiymətləndirilir.
Digər xəsarət alanların vəziyyəti barədə məlumat verilmir.
Hadisənin səbəbləri və partlayışın detallarının araşdırılması davam edir.