
Realmedia.info xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Partlayış zamanı şəhər sakinləri — 1965-ci il təvəllüdlü M. Yolçuyev və 1994-cü il təvəllüdlü kişi müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, onlardan birinin vəziyyəti orta ağır, digərinin isə ağır olaraq qiymətləndirilir.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.