
Şəhər ərazisində qeydə alınan hadisə zamanı 24 yaşlı gənc dəm qazından zəhərlənərək həyatını itirib. Məlumata görə, şəhər sakini, 2002-ci il təvəllüdlü X. Məmmədov yaşadığı evin vanna otağında çimərkən dəm qazına məruz qalıb.
O, ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.