
Rusiya Fövqəladə Hallar Nazirliyi Azərbaycan ərazisi vasitəsilə İrana humanitar yardım göndərəcək.
“Realmedia.info”nun məlumatına görə, bu barədə TASS agentliyinə Rusiyanın FHN Mətbuat xidməti məlumat verib. Bildirilib ki, Vladimir Putinin göstərişinə və qurumun rəhbəri Aleksandr Kurenkovun tapşırığına əsasən, dərman preparatlarının aviasiya vasitəsilə Azərbaycana çatdırılması təşkil olunacaq. Daha sonra humanitar yük İran hökumətinin səlahiyyətli nümayəndələrinə təhvil veriləcək.
Məlumata görə, ümumilikdə humanitar yardım qismində 13 ton dərman preparatının göndərilməsi nəzərdə tutulur.